Bəqərə - 2:8 İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
"İman etmədikləri halda, iman etdik, deyərlər." (Əlaqəli):
Bəqərə/2:204 Bəzi kəslər var ki, dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. Azğın bir düşmən olduğu halda qəlbində olana Allahı şahid tutar.
Bəqərə/2:205 Dönüb gedincə, yer üzündə fəsad törətmək, malı və nəsli məhv etmək üçün səy göstərər. Allah fəsadı sevməz.
Bəqərə/2:75 Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.
Bəqərə/2:76 İman edənlərlə qarşılaşınca, “İman etdik!”– deyərlər; baş-başa qaldıqlarında isə: “Rəbbiniz qatında sizə qarşı dəlil olaraq istifadə etmələri üçün, Allahın sizə açıqladığınımı onlara anladırsınız, məgər dərk etmirsiniz?”– deyərlər.

Ali İmran/3:119 Məhz siz, onlar sizi sevmədiyi halda onları sevənlərsiniz! Üstəlik siz bütün kitablara/kitabın hamısına iman edirsiniz. Sizinlə qarşılaşdıqları zaman "İman etdik," - deyərlər, yalnız qaldıqlarında isə sizə olan öfkələrindən barmaqlarını gəmirirlər. De ki: " Öfkənizdən canınız çıxsın." Şübhəsiz Allah kökslərin özünü Biləndir.

Bəqərə/2:8 İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.
Bəqərə/2:9 Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.