Bəqərə - 2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
İman edənlər Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər:
Nisa/4:30 Kim düşmənçilik və zülm ilə bunları edərsə onu atəşə göndərərik. Bu, Allah üçün asandır.

İsra/17:33 Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.

Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Nisa/4:92 Qəza halı istisna olmaqla iman etmiş bir şəxs, iman etmiş bir şəxsi öldürə bilməz. Kim bir iman edəni qəza ilə öldürmüşsə, iman etmiş bir köləni azad etməli və ölənin ailəsinə diyə ödəməlidir. Ancaq diyəni istəməyib sədəqə olaraq qəbul edərlərsə başqa. Əgər o ölən kimsə, iman edən olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, o zaman iman edən bir köləni azad etməlisiniz. Əgər öldürülən, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, ailəsinə qanbahası verməli və iman etmiş bir köləni azad etməlisiniz. Kim (lazım olan pulu və ya azad edə biləcəyi bir kölə) tapa bilmirsə, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün iki ay fasiləsiz oruc tutmalıdır. Allah Biləndir, Hikmət Sahibidir.

Bəqərə/2:178 Ey iman edənlər! Öldürməkdə eyni davranmaq sizə vacib edildi. Azad kəsə qarşılıq azad kəs, köləyə qarşılıq kölə, qadına qarşılıq qadın... Amma kim öldürülənin yaxınları tərəfindən bağışlanarsa, o zaman uyğun olanı etməsi və diyəni gözəl şəkildə ödəməsi lazımdır. Bu, Rəbbinizdən bir yüngülləşdirmə və rəhmətdir. Bundan sonra kim həddi aşarsa onun üçün ağrılı-acılı bir əzab var.

Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.

Qasas/28:8 Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9 Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.

Maidə/5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.
Maidə/5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."
Maidə/5:29 "Günahımı günahınla birlikdə yüklənərək cəhənnəmə girməyini istəyərəm. Zalımlar bu cür cəzalandırılar."
Maidə/5:30 Eqosu onu, qardaşını öldürməyə təhrik etdi. Onu öldürdü və beləcə ziyana uğradı.
Maidə/5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.

Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.