Bəqərə - 2:89 İnkarçılara qarşı yardım gözləmələrinə rəğmən, onlara Allah qatından yanlarında olanı təsdiqləyən bir Kitab, bu gözlədikləri şey, onlara gəlincə onu inkar etdilər. Allahın lənəti, inkar edənlərə olsun!
Tövrat və İncildə peyğəmbərimiz müjdələndi:
Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.

Saff/61:6 Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.

Bəqərə/2:101 Yanlarındakını təsdiqləyən bir elçi Allah tərəfindən görəvli olaraq onlara gəlincə, kitab verilənlərin bəzisi, Allahın kitabına arxa çevirdilər. Bilmirlərmiş kimi...