Bəqərə - 2:90
Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
Şəxsiyyətlərini satanlar:
Əraf/7:53
Onun xəbərlərinin gerçəkləşməsinimi gözləyirlər? Xəbərləri gerçəkləşdiyi gün, ona daha öncə önəm verməyənlər, "Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər. Bizim üçün vasitəçilik edəcək bir şəfaətçi varmı? Yaxud, öncəkindən fərqli davrana bilmək üçün geri qaytarılsaydıq" deyərlər. Şəxsiyyətlərini itirənlərdir və uydurduqları şeylər də onları tərk etmişdir.
Rum/30:44
Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kimlər də müttəqi davranarlarsa, özlərini gücləndirmiş və inkişaf etdirmiş olarlar.
Əraf/7:9
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.
Ənam/6:12
De: "Göylərdə və yerdə olanlar kimindir?" De: "Allahındır!" Özünə mərhəmətli olmağı lazım bildi. Haqqında şübhə olmayan Dirilmə günü sizi toplayacaqdır. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Ənam/6:20
Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar. Şəxsiyyətlərini itirənlər iman etməyənlərdir.
Hud/11:18
Uydurma olan şeyləri Allaha isnad edəndən daha zalım kim ola bilər? Onlar Rəblərinin hüzuruna çıxarılar və şahidlər: "Bax, Rəbləri haqqında yalan uyduranlar bunlardır," deyəcəklər. Allahın lənəti zalımlaradır.
Hud/11:19
Onlar ki, Allahın yolundan uzaqlaşdırarlar və onu əyri göstərmək istəyərlər. Onlar axirəti də inkar edərlər.
Hud/11:20
Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.
Hud/11:21
Onlar, şəxsiyyətlərini itirənlərdir. Və uydurduqları şeylər də onları tərk etmişdir.