Bəqərə - 2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
Kitab əhlinin hamısı sadəcə özlərinə nazil edilənə iman edir?
Ali İmran/3:113 Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Ali İmran/3:114 Allaha və Axirət gününə iman edirlər, yaxşılığı öyüd-nəsihət edir, pislikdən çəkindirər və yaxşı işlərə tələsirlər. Məhz onlar yaxşılardandır.

Ənkəbut/29:47 Məhz, bu Kitabı sənə nazil etdik. Özlərinə Kitab verdiklərimiz ona iman edəcəklər. Bunlardan (ümmilərdən) da bəziləri iman edəcəkdir. Kafirlərdən başqası ayələrimizi rədd etməz.

Ali İmran/3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.