Bəqərə - 2:92 Musa, sizə möcüzələrlə gəlmişdi; fəqət onun ardından buzovu tanrı qəbul edərək zalımlardan oldunuz.
Musanın xalqı nə üçün buzova qulluq/xidmət etdi?
Bəqərə/2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”

Maidə/5:71 İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.