Bəqərə - 2:92
Musa, sizə möcüzələrlə gəlmişdi; fəqət onun ardından buzovu tanrı qəbul edərək zalımlardan oldunuz.
Əvvəlki cəmiyyətlər Allaha necə ortaq qoşdular?
Ali İmran/3:151
Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Nəml/27:64
Yaradılışı başladan və sonra onu təkrarlayan kimdir? Sizi göydən və yerdən ruziləndirən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? De ki, "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Ənkəbut/29:17
"Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
Ənam/6:19
Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."
Ənam/6:22
Hamısını topladığımız gün ortaq qoşanlara, "Haradadır iddia etdiyiniz ortaqlarınız?"
Ənam/6:23
Onların tək müdafiəsi bu olacaq: "Rəbbimiz Allaha and olsun ki, biz ortaq qoşmadıq."
Ənam/6:74
İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."
Ənam/6:75
Qəti bir inanca sahib olması üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77
Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78
Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:100
Allaha cinləri ortaq qoşdular. Halbuki onları O yaratmışdır. Bilmədən Ona oğullar və qızlar yaraşdırdılar. Onun şanı Ucadır, onların dəyərləndirmələrindən çox Üstündür.
Ənam/6:121
Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.
Əraf/7:33
De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Hud/11:54
"Sənin tanrılarımızın biri tərəfindən vurulduğunu söyləyirik." Dedi ki: "Allahı şahid tuturam, siz də şahid olun ki, mən uzağam sizin ortaq qoşduğunuz,"
Hud/11:55
"Ondan başqalarından. Haydı, hamınız birləşib mənə qarşı plan hazırlayın. Heç gözləməyin də."
Nəhl/16:35
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə qulluq/xidmət etməz və Onun haram etdiyindən başqasını da haram etməzdik." Onlardan öncəkilər də bu cür davranmışdı. Elçinin açıq şəkildə bildirməkdən başqa bir görəvimi var?
Nəhl/16:86
Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.
Ənkəbut/29:8
Biz insana, ana və atasına yaxşı davranmasını öyüd-nəsihət etmişik. Ancaq onlar, haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də uyma. Hamınızın dönüşü Mənədir və etdikləriniz şeylər haqqında sizə bilgi verəcəyəm.
Fatir/35:13
Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
Fatir/35:14
Onları çağırsanız, sizin çağırışınızı eşidə bilməzlər. Eşitsələr belə sizə cavab verə bilməzlər. Dirilmə günündə də sizin ortaq qoşmanızı inkar edərlər. Hər şeydən Xəbəri Olan kimi, kimsə sənə xəbər verə bilməz.
Ğafir/40:12
Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:73
Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74
"Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
Cinn/72:1
De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2
"O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."