Bəqərə - 2:97 Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Özündən öncəkiləri təsdiqləyici kitab; Quran:
Fatir/35:31 Bu kitabda sənə vəhy etdiklərimiz, özündən öncəkiləri təsdiqləyən gerçəkdir. Allah qullarından Xəbərdardır, Görəndir.

Yusuf/12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.

Bəqərə/2:40 İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!
Bəqərə/2:41 Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.

Əhqaf/46:30 Dedilər: "Ey xalqımız,  Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."
Əhqaf/46:12 Bundan öncə Musanın kitabı rəhbər və rəhmət idi. Bu, zalımları xəbərdar etmək və gözəl davrananlara bir müjdə olmaq üzrə Ərəbcə nazil edilmiş təsdiqləyici bir kitabdır.