Bəqərə - 2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Cəbrail (müqəddəs ruh) Allahın izni ilə Quranı nazil etdi:
Şuəra/26:193
Onu güvənilir Ruh (Cəbrail) nazil etmişdir.
Şuəra/26:194
Sənin qəlbinə... xəbərdar edənlərdən biri olasan deyə.
Şuəra/26:195
Açıq-aşkar ərəbcə bir dillə.
Nəhl/16:102
De ki: "İman edənləri sağlamlaşdırsın, müsəlmanlara bir yol göstərici və müjdə olsun deyə Müqəddəs Ruh onu Rəbbindən gerçəklə nazil etdi."
Nəcm/53:4
O (Quran) ancaq və ancaq bildirilən bir vəhydir.
Nəcm/53:5
Onu, böyük gücə sahib olan öyrətmişdir.
Nəcm/53:6
Üstün hakimiyyətin sahibi göründü,
Nəcm/53:7
Ən yüksək üfüqdə.
Nəcm/53:8
Sonra enib yaxınlaşdı.
Nəcm/53:9
Məsafə iki yay qədər və ya daha yaxın oldu.
Nəcm/53:10
Və sonra quluna nə bildiriləcəksə onu vəhy etdi.
Bəqərə/2:97
Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
Təkvir/81:19
Bu, şərəfli bir elçinin sözüdür.
Təkvir/81:20
Güclüdür; Yönətimin Sahibi qatından səlahiyyətlidir.