Rum - 30:2 Rumlular məğlub oldular,
Quran, gələcəkdə olacaq bəzi hadisələri xəbər verir:
Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Ənbiya/21:96 Nəhayət, Yəcuc və Məcucun önü açıldığı zaman, onlar hər yöndən hücuma keçərlər.
Ənbiya/21:97 Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."

Nəml/27:82 Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:83 Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.

Rum/30:3 (Ərəblərin yaşadığı) bölgəyə ən yaxın yerdə... Məğlubiyyətlərindən sonra məğlub edəcəklər.
Rum/30:4 Bir neçə il içində. İş, önündə, sonunda Allaha aiddir. O gün iman edənlər sevinəcəklər.
Rum/30:5 Allahın zəfəri ilə... O istədiyini zəfərə yetişdirir. O Üstündür, Rəhmlidir.

Duxan/44:10 Göyün açıq-aşkar bir dumanı gətirəcəyi günü gözlə.
Duxan/44:11 İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.

Qamər/54:1 Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2 Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.