Rum - 30:23
Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.
Yer üzünə yayılaraq Allahın lütfünü axtarın: Məqsəd nədir?
Bəqərə/2:198
Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.
Muzzəmmil/73:20
Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:75
Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76
Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Fatir/35:12
İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.
Ali İmran/3:180
Allahın lütfündən onlara bağışladığı nemətlərdə xəsislik edənlər onu özləri üçün xeyirli sanmasın. Əksinə, o onlar üçün zərərlidir. Toplayıb yığdıqları, Dirilmə Günü boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
Tovbə/9:28
Ey iman edənlər, bütpərəstlər murdardır; bu ildən sonra Müqəddəs Məscidə yaxınlaşmasınlar. Yoxsulluğa düşməkdən qorxursunuzsa, (bilin ki,) Allah istəyərsə sizi Öz lütfüylə zənginləşdirəcəkdir. Allah Biləndir, Hikmət sahibidir.
Nəhl/16:14
O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Rum/30:23
Gecə və gündüz vaxtı yatmağınız və Onun lütfündən axtarmağınız da Onun ayələrindəndir. Dinləyən bir camaat üçün bunda işarələr vardır.
Rum/30:46
Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.
Casiyə/45:12
Lütfündən payınızı axtarmağınız və şükür etməyiniz üçün gəmiləri əmri ilə sürməyinizə uyğun olaraq dənizi əmriniz altına verən Allahdır.