Rum - 30:24 Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.
Ölümündən sonra yeri diriltməsində işarətlər vardır: Əlaqəli
Rum/30:24 Qorxu və ümid qaynağı olaraq sizə ildırımı göstərməsi və göydən bir su endirərək ölümündən sonra onunla yeri diriltməsi də Onun ayələrindədir. Ağlını işlədən bir camaat üçün bunda işarələr vardır.

Casiyə/45:5 Gecənin və gündüzün bir-birini təqib etməsində, Allahın göydən bir ruzi endirərək onunla ölümündən sonra torpağı diriltməsində və küləkləri idarə etməsində anlayan camaat üçün dərslər vardır.

Hədid/57:17 Bilin ki, Allah ölümündən sonra yeri dirildir. Düşünəsiniz deyə sizə ayələri belə açıqlayırıq.

Nəhl/16:65 Allahın göydən bir su endirdiyini, onunla ölümündən sonra torpağı diriltməsində, dinləyən bir topluluq üçün bunda dəlillər vardır.

Bəqərə/2:164 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.