Rum - 30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.
Yerdən, tək çağırışla çağırdığı vaxt çıxacaqsınız: Əlaqəli
İsra/17:52 Sizi çağıracağı gün, siz  Ona təriflə qarşılıq verərsiniz və çox qısa bir müddət qaldığınızı anlayarsınız.

Ta ha/20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.

Rum/30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.

Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20 "Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21 Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.

Qaf/50:41 Çağırıcının yaxın bir yerdən çağıracağı günə qulaq as.
Qaf/50:42 O gün o çığlığı həqiqətən eşidərlər; bu, çıxış günüdür.
Qaf/50:43 Biz dirildirik, öldürürük və dönüş də Bizədir.

Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8 Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.

Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44 Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.

Ta ha/20:55 Sizi o yerdən yaratdıq, sizi təkrar ona döndərəcəyik və bir dəfə yenə sizi oradan çıxardacağıq.

Nuh/71:17 Və Allah sizi torpaqdan bir bitki olaraq bitirdi.
Nuh/71:18 Sonra sizi ona döndərəcək və sizi təkrar çıxaracaqdır.