Rum - 30:29 Əslində, zalımlar bilgisizcə öz başlarına (istəklərinə) uydular. Allahın azdırdığını kim doğruya yönəldə bilər? Onlara heç kimsə yardım etməz.
Allahın azdırdığı adama yol göstərən tapılmaz: Əlaqəli
Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.

Rad/13:33 Hər kəsin etdiyini kontrol edən O deyilmi? Buna rəğmən Allaha ortaq qoşdular. De ki: "Onları (istədiyiniz) isimlərlə təqdim edin! Siz Onun yer üzündə bilmədiyi bir şeyimi Ona xəbər verirsiniz, yoxsa boş sözlərmi uydurursunuz?" Əslində, inkar edənlərin hiylələri özlərinə süslü göstərilir və beləcə yoldan azarlar. Allah kimi azdırarsa, ona doğrunu göstərəcək (olan) yoxdur.

Nəhl/16:37 Doğrunu görmələri üçün nə qədər uğraşsan da, Allah azdırdığını doğruya yönəltməz. Onların bir yardımçısı da olmaz.

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.

Kəhf/18:17 Dan ağardığında, onlar mağara boşluğunda ikən, mağaralarının üzərindən günəşin sağa doğru hərəkət etdiyini, batdığı zaman da onları sıyırıb sola doğru əyildiyini görərdin. Bu Allahın işarətlərindəndir. Allah kimi doğruya yönəldərsə, doğrunu tapan odur. Kimi də azdırarsa, onun üçün aydınladan (yol göstərən) bir dost tapa bilməzsən.

Rum/30:29 Əslində, zalımlar bilgisizcə öz başlarına (istəklərinə) uydular. Allahın azdırdığını kim doğruya yönəldə bilər? Onlara heç kimsə yardım etməz.

Zumər/39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.

Ğafir/40:33 "O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."

Şura/42:44 Allah kimi azdırmışsa, artıq Ondan sonra onun bir qoruyucusu yoxdur. Əzabı gördüklərində, zalımların, "Bizim üçün əlavə bir şans yoxdurmu?" dediklərini görərsən.
Şura/42:46 Onların, Allahdan başqa özlərinə yardım edəcək bir dostları yoxdur. Allahın azdırdığı kimsə üçün bir yol tapılmaz.

Casiyə/45:23 Arzusunu tanrı edən kimsəyə diqqət etdinmi? Həqiqətən Allah onu bilərək azdırmış, eşitmə hissini və beynini möhürləmiş və görməsinə pərdə qoymuşdur. Allahdan başqa kim onu doğruya yönəldə bilər? Öyüd almırsınız?

Əraf/7:186 Allahın azdırdığı kimsələr üçün yol göstərici tapılmaz. Onları azğınlıqları içində çaşbaş vəziyyətdə buraxar.