Rum - 30:34
Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.
33, 34, 35 ayələrinə əsasən Allaha nankorluq; Bildiyimiz hər şeyi əmrimizə verən Allah olduğu halda, Onunla yanaşı heç bir gücü və səlahiyyəti olmayan bir qrup tanrılar qəbul edib, onlara qulluq/xidmət etmək:
Nəhl/16:54
Halbuki, sizdən o sıxıntını qaldırdığı zaman, sizdən bir qrup Rəblərinə ortaq qoşmağa başlayır.
Nəhl/16:55
Onlara verilənə nankorluq edərək... Kefinizə baxın; yaxında mütləq biləcəksiniz!
İsra/17:67
Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.
Ənkəbut/29:65
Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
Ənkəbut/29:66
Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.
Rum/30:33
İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
Rum/30:34
Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.
Zumər/39:3
Həqiqətən, din sadəcə Allaha aiddir. Ondan başqalarını övliya (dostlar) olaraq qəbul edənlər, "Onlar bizi Allaha daha çox yaxınlaşdırsın deyə biz onlara qulluq/xidmət edirik." (deyərlər). Ayrılığa (ixtilafa) düşdükləri bu mövzu haqqında onların arasında Allah qərar verəcəkdir. Allah şübhəsiz ki, yalançıları və nankorları doğru yola yönəltməz.
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Zuxruf/43:15
Qullarından bəzilərini Ona bir pay olaraq ayırdılar. İnsan gerçəkdən açıq-aşkar bir nankordur.
Zuxruf/43:16
Yaratdıqlarından qızları Özünə ayırdı sonra da oğulları sizəmi seçdi?
Əraf/7:189
O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.
Əraf/7:190
Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.