Rum - 30:4
Bir neçə il içində. İş, önündə, sonunda Allaha aiddir. O gün iman edənlər sevinəcəklər.
Quran, gələcəkdə olacaq bəzi hadisələri xəbər verir:
Ta ha/20:113
Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.
Ənbiya/21:96
Nəhayət, Yəcuc və Məcucun önü açıldığı zaman, onlar hər yöndən hücuma keçərlər.
Ənbiya/21:97
Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Nəml/27:82
Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:83
Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
Rum/30:2
Rumlular məğlub oldular,
Rum/30:3
(Ərəblərin yaşadığı) bölgəyə ən yaxın yerdə... Məğlubiyyətlərindən sonra məğlub edəcəklər.
Rum/30:4
Bir neçə il içində. İş, önündə, sonunda Allaha aiddir. O gün iman edənlər sevinəcəklər.
Rum/30:5
Allahın zəfəri ilə... O istədiyini zəfərə yetişdirir. O Üstündür, Rəhmlidir.
Duxan/44:10
Göyün açıq-aşkar bir dumanı gətirəcəyi günü gözlə.
Duxan/44:11
İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.
Qamər/54:1
Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2
Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.