Rum - 30:40
Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.
Tərif yalnız Allaha yaraşır:
Ənam/6:1
Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
İbrahim/14:2
Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.
Nəml/27:59
De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"
Mumtəhənə/60:6
Allahı və Axirət Gününü arzu edənləriniz üçün onlarda gözəl bir örnək vardır. Üz çevirənlərə gəlincə, O Zəngindir, Tərifəlayiqdir.