Rum - 30:46 Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.
Gəmilər dənizdə necə hərəkət edir?
Şura/42:32 Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33 İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.

Yunus/10:22 Sizi quruda və dənizdə hərəkət etdirən Odur. (Düşünün ki) gəmidəsiniz... Xoş bir küləklə yolçuları (sərnişinləri) alıb apardığı zaman gəmidən məmnundurlar. Qəfildən şiddətli bir fırtınaya yaxalanırlar. Hər tərəfdən gələn dalğaların arasında tamamilə mühasirəyə alındıqlarını sandıqları an, dini sadəcə Allaha aid edərək, "Bizi bundan qurtararsan şükür edənlərdən olacağıq," deyə yalvarırlar.

Rum/30:46 Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.