Rum - 30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
Allahın rəhməti:
Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Furqan/25:49 (Ona görə) ki, onunla ölü bir ölkəni dirildək və yaratdığımız neçə-neçə kənd təsərrüfatı heyvanlarını və insanları onunla sulayaq.

Nəml/27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.

Hicr/15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.