Rum - 30:8
Öz-özlərinə heç düşünmədilərmi ki, Allah göyləri, yeri və aralarındakıları bir məqsəd üçün və müəyyən bir müddət üçün yaratmışdır?! Buna rəğmən, insanların əksəriyyəti Rəbləri ilə qarşılaşmağı inkar etməkdədirlər.
Rəbləri ilə qarşılaşmağı ümid etməyənlərin sonu:
Ənam/6:29
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Ənam/6:30
Rəblərinin hüzurunda saxlanılmış halda onları bir görəsən! Deyəcək: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Ənam/6:31
Zərərə uğrayanlar, Allah ilə qarşılaşmağı yalanlayanlardır. O an (dünyanın sonu) onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq, "Oradakı həyatımızı boşa sərf etdiyimizə görə vay halımıza," deyəcəklər. Yükləndikləri şey necə də pisdir!
Ya sin/36:51
Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52
"Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Saffat/37:19
O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20
"Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21
Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Casiyə/45:32
Onlara Allahın sözünün bir gerçək, və Saatın qətiləşməsi qaçılmaz bir hadisə olduğu söyləndiyində siz, "Saatın nə olduğunu bilməyirik! Biz sadəcə müxtəlif gümanlara sahibik və bu mövzuda qəti bir bilgi əldə etmiş deyilik," deyirdiniz.
Casiyə/45:33
Etdikləri pisliklər özlərinə görünəcək və istehza etdikləri şey onları bürüyüb ovlayacaqdır.
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Əhqaf/46:34
İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."