Loğman - 31:14 Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.
Anası onu böyük bir çətinliklə daşıyar:
Məryəm/19:22 Ona hamilə qalınca onunla uzaq bir bölgəyə çəkildi.
Məryəm/19:23 Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.

Loğman/31:14 Biz insana ana-atasını öyüd-nəsihət etdik. Anası onu böyük bir çətinliklə daşıyar. Süddən kəsilməsi iki il içində olur. Mənə və ana-atana təşəkkür etməlisən. Dönüş Mənədir.

Əraf/7:189 O Sizi tək bir nəfsdən (eyni genetik xüsusiyyətdən) yaratdı. Ondan da zövcəsini yaratdı ki, sükunət tapsın. Zövcəsinə yaxınlaşınca, yüngül bir yüklə yükləndi və onunla dolaşdı. Yükü ağırlaşınca hər ikisi Rəbləri Allaha: "Bizə qüsursuz bir övlad verərsən şükür edənlərdən olacağıq," deyə yalvardılar.

Rad/13:8 Allah hər dişinin yükləndiyini, rəhimlərin əskiltdiyini və artırdığını bilir. Onun yanında hər şey müəyyən bir ölçüyə görədir.