Loğman - 31:15 Haqqında bilgin olmayan bir şeyi Mənə ortaq qoşmağın üçün səninlə mücadilə edərlərsə, ikisinə də itaət etmə. Ancaq dünyada onlarla yaxşı davranmalısan. Mənə yönələnlərin yoluna tabe ol. Axırda dönüşünüz Mənədir və etdiyiniz hər şeyi sizə bildirəcəyəm.
Allah ortaq qoşaraq ölənləri nə üçün əfv etməz?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.