Loğman - 31:16
"Əziz Oğlum, xardal dənəsi ağırlığınca bir şey, istər bir qayanın içində olsun, istər göylərdə və ya yerdə olsun, Allah onu gətirər. Allah Lətifdir, Xəbərdardır.
Xardal dənəsi ağırlığında bir şeyi Allah ortaya gətirər:
Ənbiya/21:47
Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.