Loğman - 31:20
Allahın göylərdə və yerdə nə varsa əmrinizə verdiyini, nemətlərini həm aşkar, həm də gizli olaraq üzərinizə yağdırdığını görmürsünüz? İnsanlardan bəziləri vardır ki, Allah haqqında bilgisizcə, nə bir yol göstərəni, nə də bir kitabı olmadan mübahisə edər.
Allahın göylərdə əmrimizə verdikləri:
Ənam/6:97
Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
İbrahim/14:33
Görəvlərini gecikdirməyən günəşi və ayı xidmətinizə sundu, gecəni və gündüzü də xidmətinizə sundu.
Nəhl/16:12
Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Ənkəbut/29:61
Onlara, "Göyləri və yeri kim yaratdı? Günəşi və ayı kim əmrinizə verdi?" deyə soruşsan, "Allah", deyə qarşılıq verəcəklər. Elə isə nə üçün azırlar?
Yunus/10:5
O, Günəşi bir işıq qaynağı, ayı da bir işıq etdi. İllərin sayını və hesabı bilməniz üçün ona mərhələlər (mənzillər) müəyyən etdi. Allah bunları ancaq bir gerçək üçün yaratmışdır. Bilən bir camaata ayələri bu cür açıqlayır.
Nuh/71:16
Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.