Loğman - 31:27 Yer üzündə olan bütün ağaclar qələm olsa, dənizlərə yeddi dəniz əlavə olunaraq istifadə edilsə, Allahın kəlmələri tükənməz. Allah Üstündür, Hikmət Sahibidir."
Rəbbinin kəlmələri tamamlanmışdır:
Əraf/7:52 Bilgi ilə detallandırdığımız, iman edən bir camaat üçün yol göstərici və rəhmət olan bir kitabı onlara gətirdik.

Loğman/31:27 Yer üzündə olan bütün ağaclar qələm olsa, dənizlərə yeddi dəniz əlavə olunaraq istifadə edilsə, Allahın kəlmələri tükənməz. Allah Üstündür, Hikmət Sahibidir."

Maidə/5:101 Ey iman edənlər! Açıqlandığı vaxt xoşunuza gəlməyəcək şeylər haqqında suallar soruşmayın. Quranın işığında (sual) soruşarsanız sizə açıq-aydın olar. Allah xüsusilə onlardan söz etmədi. Allah Bağışlayandır, Həlimdir.

Ənam/6:114 Allahdan başqa qanun qoyanmı axtarım? O ki sizə kitabı detallı olaraq nazil etmişdir. Özlərinə kitab verdiklərimiz onun Rəbbin tərəfindən nazil edildiyini bilirlər. O halda şübhəyə düşənlərdən olma.
Ənam/6:115 Rəbbinin kəlmələri doğruluq və ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək (bir kimsə) yoxdur. O, Eşidəndir, Biləndir.

Yunus/10:37 Bu Quran, Allahdan başqası tərəfindən hazırlanan bir kitab deyildir. Ancaq özündən öncəkiləri təsdiqləyən və kitabın (qanunların) detallı bir açıqlamasıdır. Bunda şübhəniz olmasın; aləmlərin Rəbbindəndir.

Hud/11:1 Əlif. Ləm. Ra. (Bu) elə bir kitabdır ki, Hikmət sahibi və hər şeydən Xəbərdar biri tərəfindən ayələri sağlamlaşdırılmış və sonra da açıqlanıb detallanmışdır.

Yusuf/12:111 Onların tarixində, şüur sahibləri üçün bir dərs vardır. Bu, uydurma bir hədis deyil; fəqət özündən öncəkilərin təsdiqləyicisi, hər şeyin detallı açıqlaması və iman edənlər üçün bir hidayət və Rəhmətdir.

Kəhf/18:27 Rəbbinin Kitabından sənə vəhy ediləni oxu. Kəlmələrini heç bir şey dəyişdirib qaldıra bilməz və Ondan başqa bir sığınacaq da tapa bilməzsən.