Loğman - 31:34 Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.
Allah göylərin və yerin gələcəyini biləndir:
Fatir/35:38 Allah, göylərin və yerin gizli olan şeylərini Biləndir. O, kökslərin gizlədiyini Biləndir.

Bəqərə/2:33 Dedi: "Adəm! Onların isimlərini bunlara xəbər ver." İsimlərini onlara xəbər verincə, "Sizə, yerin və göylərin sirlərini bilirəm, açığa çıxardığınızı da, gizlədiyinizi də bilirəm deməmişdimmi?" - dedi.
Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.

Maidə/5:109 Allah elçiləri topladığı gün: "Sizə nə cavab verildi?" - deyər. "Bir biliyimiz yoxdur. Gizli şeyləri bilən Sənsən!" - deyərlər.
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."

Yunus/10:20 "Ona Rəbbindən bir möcüzə endirilməli deyilmi?" deyirlər. De ki: "Gizli olanlar Allahın yanındadır; Elə isə gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."

Nəhl/16:77 Göylərin və yerin gizliləri Allaha aiddir. Saat, (dünyanın sonu) bir göz qırpması qədər və ya daha qısadır. Allah hər şeyə Gücü Yetəndir.

Kəhf/18:26 "Onların orada nə qədər qaldıqlarını Allah daha yaxşı bilir," de. Göylərin və yerin bütün gizli şeyləri Onundur. O, nə gözəl görəndir! O, nə gözəl eşidəndir! Onların Ondan başqa bir yardımçısı yoxdur. O, hökmünə kimsəni ortaq etməz.

Ta ha/20:113 Biz, beləcə onu ərəbcə bir Quran olaraq nazil etdik. Müttəqi davranarlar və ya onlar üçün bir öyüd olar deyə, onda gələcəyin xəbərlərini müxtəlif şəkillərdə açıqladıq.

Muminun/23:92 Bütün gizli olanları və aşkarda olanları Biləndir; onların ortaq qoşduqları şeylərdən Ucadır.

Səba/34:48 De ki, "Mənim Rəbbim gerçəyi təsirli edər. O bütün gizli olan şeyləri Biləndir."

Hucurat/49:18 Allah bilir, göylərin və yerin gizli olan şeylərini. Allah etdiklərinizi görəndir.

Həşr/59:22 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Bütün gizli olanları və aşkarda olanları Biləndir. O Rəhmandır, Rəhimdir.