Səcdə - 32:24 Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.
Allahın İsrail oğullarına təyin etdiyi öndərlər:
Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73 Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.

Maidə/5:12 Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdik. Allah demişdi ki: “Namazı qoruyarsanız, zəkatı verərsəniz, elçilərimə iman edip onlara hörmət qoyarsanız və Allaha gözəl bir borc verərsəniz sizinlə bərabərəm. Günahlarınızı örtər, içlərindən çaylar axan bağçalarda ağırlayaram. Artıq sizdən kim bundan sonra inkar edərsə, doğru yoldan azmış olar."

Qasas/28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.