Səcdə - 32:26
Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?
Məhv edilən cəmiyyətlərin yer üzündə qalıqları var:
Hicr/15:73
Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.
Hicr/15:74
Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.
Hicr/15:75
Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.
Hicr/15:76
Və o (xaraba şəhər), yol üzərində durmaqdadır.
Hicr/15:77
Bunda, iman edənlər üçün bir işarət vardır.
Ənkəbut/29:34
"Yoldan çıxdıqları üçün, biz bu şəhərin üzərinə göydən bir fəlakət endirəcəyik."
Ənkəbut/29:35
Ağlını işlədən bir camaat üçün açıq-aşkar bir dərs olaraq oradan bəzi qalıqlar (xarabalıqlar) buraxdıq.
Saffat/37:133
Lut da elçilərdən biri idi.
Saffat/37:134
Onu və ailəsini toplu şəkildə qurtardıq.
Saffat/37:135
Ancaq geridə qalan yaşlı qadın xaric.
Saffat/37:136
Sonra digərlərini məhv etdik.
Saffat/37:137
Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,
Saffat/37:138
Və gecə vaxtı. Ağlınızı işlətmirsiniz?