Səcdə - 32:28 "O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
İman edənlər üçün zəfər:
Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.

Casiyə/45:30 İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.