Əhzab - 33:16
De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."
Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək:
Ali İmran/3:168
Onlar oturub, əqrəbaları üçün bunu söylədilər: “Bizə itaət etsəydilər, öldürülməyəcəkdilər.” De ki, “Elə isə ölümü özünüzdən uzaqlaşdırın, doğru sözlü olduğunuzu isbatlayın."
Nisa/4:77
Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
Nisa/4:78
Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
Əhzab/33:15
Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Əhzab/33:16
De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."