Əhzab - 33:18
Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.
Onlar nadir hallarda müdafiəyə qoşulurlar:
Tovbə/9:56
Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:57
Həqiqətən onlar, sığınacaq bir yer, mağaralar yaxud giriləcək bir dəlik tapsaydılar, panika içində oraya yönələrdilər.
Həşr/59:14
Onlar, yaxşı qorunmuş şəhərlərdə və ya divarların ardında olmaları xaricində bir araya gəlib sizinlə savaşmazlar. Aralarındakı münaqişələri çətindir (şiddətlidir). Onları birlik (halında) sanarsan, halbuki qəlbləri dağınıqdır. Çünki onlar, ağıllarını işlətməyən bir topluluqdur.