Əhzab - 33:21
Allahı və Axirət gününü arzulayan və Allahı daha çox xatırlayanlarınız üçün Allahın elçisində gözəl bir örnək vardır.
Allahın elçisində gözəl bir örnək vardır: Məqsəd nədir?
Ali İmran/3:152
Allah, sizə verdiyi sözdə durdu və necə ki, (Allahın) izniylə onları darmadağın etdiniz. Amma, sevdiyiniz şeyi sizə göstərdikdən sonra ruhdan düşdünüz, savaş haqqında bir-birinizlə mübahisə etdiniz və əmrləri dinləmədiniz. Kiminiz dünyanı, kiminiz də axirəti istəyirdi. Sonra, sınamaq üçün sizi onlardan çevirdi və hər şeyə rəğmən sizi əfv etdi. Allahın iman edənlərə neməti boldur.
Ali İmran/3:153
Elçi arxanızdan çağırmasına rəğmən siz heç kimsəyə dönüb baxmadan təpəyə dırmanırdınız. İtirdiklərinizə və başınıza gələnlərə üzülməyəsiniz deyə sizə kədər üstünə kədər verdi. Allah etdiklərinizdən Xəbərdardır.
Ali İmran/3:172
O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.
Tovbə/9:117
Allah, peyğəmbərin, köç (hicrət) edənlərin və yardım edənlərin tövbəsini qəbul etmişdir. Onlar, özlərindən bir dəstənin qəlblərinin az qalsın döndüyü çətin anda ona tabe olmuşdular. Sonra onların yönəlişini (tövbəsini) qəbul etdi. O, onlara qarşı çox Şəfqətlidir, Rəhmlidir.