Əhzab - 33:35
Müsəlman kişilər və müsəlman qadınlar, iman edən kişilər və iman edən qadınlar, söz dinləyən kişilər və söz dinləyən qadınlar, doğru sözlü kişilər və doğru sözlü qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətli kişilər və hörmətli qadınlar, yardımsevər kişilər və yardımsevər qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətli kişilər və iffətli qadınlar, Allahı çox xatırlayan kişilər və çox xatırlayan qadınlar; Məhz Allah onların hamısına bağışlanma və böyük bir mükafat hazırlamışdır.
İman edənlər doğru sözlülərdir:
Bəqərə/2:177
Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
Ənam/6:152
Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.
Nisa/4:135
Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.
Furqan/25:72
Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.
Əhzab/33:70
Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.
İnsan/76:7
Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.
Məaric/70:33
Olduğu kimi şahidlik edərlər;