Əhzab - 33:35 Müsəlman kişilər və müsəlman qadınlar, iman edən kişilər və iman edən qadınlar, söz dinləyən kişilər və söz dinləyən qadınlar, doğru sözlü kişilər və doğru sözlü qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətli kişilər və hörmətli qadınlar, yardımsevər kişilər və yardımsevər qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətli kişilər və iffətli qadınlar, Allahı çox xatırlayan kişilər və çox xatırlayan qadınlar; Məhz Allah onların hamısına bağışlanma və böyük bir mükafat hazırlamışdır.
Dirilmə günü Allahın mərhəməti / rəhməti:
Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Ənam/6:16 O gün kimdən əzab çevrilərsə (Tanrı) ona rəhmət etmişdir. Ən böyük zəfər budur.

Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.

Ğafir/40:9 "Onları pisliklərdən qoru. O gün kimi pisliklərdən qoruyarsan onlara rəhmət etmişsən. Böyük zəfər budur."

Casiyə/45:30 İman edən və müttəqi davrananlara gəlincə, Rəbləri onları rəhmətinə daxil edəcəkdir. Açıq-aşkar zəfər məhz budur.