Əhzab - 33:35 Müsəlman kişilər və müsəlman qadınlar, iman edən kişilər və iman edən qadınlar, söz dinləyən kişilər və söz dinləyən qadınlar, doğru sözlü kişilər və doğru sözlü qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətli kişilər və hörmətli qadınlar, yardımsevər kişilər və yardımsevər qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətli kişilər və iffətli qadınlar, Allahı çox xatırlayan kişilər və çox xatırlayan qadınlar; Məhz Allah onların hamısına bağışlanma və böyük bir mükafat hazırlamışdır.
Oruç:
Bəqərə/2:183 Ey iman edənlər! Sizdən öncəkilərə oruc vacib edildiyi kimi, çəkinməyiniz üçün sizə də vacib edildi.
Bəqərə/2:184 Müəyyən günlərdə... Xəstə olanlarınız və ya səfərdə olanlarınız tutmadığı günlərin sayı qədər digər günlərdə tutar. İmkanı olanlar bir yoxsulu doyuraraq nəzir (ehsan) versinlər. Kim könül istəyi ilə (daha çox yoxsulu doyurmaq üçün) yaxşılıq edərsə özü üçün daha yaxşıdır; ancaq oruc tutmağınız sizin üçün ən yaxşısıdır, bir bilsəniz!
Bəqərə/2:185 Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.
Bəqərə/2:187 Oruc gecələrində qadınlarınızla cinsi əlaqədə olmağınız sizə halal edildi. Onlar sizin (sirlərinizi gizləyən) örtükləriniz, siz də onların örtüklərisiniz. Allah, özünüzü aldadıb inandırdığınızı bildi, tövbənizi qəbul etdi və sizi bağışladı. Artıq Allahın sizin üçün müəyyən etdiyini diləyərək onlarla cinsi əlaqədə ola bilərsiniz. Şəfəqin ağ və qara ipliyini bir-birindən ayırd edincəyə qədər yeyin-için. Sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla cinsi əlaqədə olmayın. Bunlar Allahın qoyduğu hüdudlardır; onları pozmayın! Allah, insanların qorunmaları üçün ayələrini bu cür açıqlayır.