Əhzab - 33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
Övladlıqlar haqqında bildirilən qaydalar, öz övladlarınızınkı kimi deyildir.
Əhzab/33:4 Allah heç bir kəsin içinə iki qəlb qoymamışdır. Ananıza bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınıza çevirməmiş, övladlığa götürdüklərinizi də öz övladlarınız etməmişdir. Bütün bunlar, ağzınızdan çıxan sözlərinizdən ibarətdir. Allah doğrunu söyləyir və O doğru yola yönəldir.
Əhzab/33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.