Əhzab - 33:38 Allahın Peyğəmbər üçün qanuniləşdirdiyi bir mövzuda, peyğəmbərə heç bir əngəl yoxdur. Bu, keçmişdən bəri gəlib-keçmişlərə tətbiq edilən Allahın sünnətidir (qanunudur). Allahın əmri, müəyyən edilmiş və qətiləşmişdir.
38, 39 ayetleri bağlamında; Allah'ın elçiliğini duyuranlar kimseden çekinmezler:
Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
İbrahim/14:12 "Bizə yollarımızı göstərdiyi halda, nə üçün Allaha güvənməyək? Sizin bizə etdiyiniz əziyyətə qarşı səbrlə müqavimət göstərəcəyik. Güvənənlər Allaha güvənməlidir."
İbrahim/14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,

Ğafir/40:26 Firon dedi, "Məni buraxın Musanı öldürüm ki, o da Rəbbinə yalvarsın. Sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə pislik çıxaracağından narahat oluram."
Ğafir/40:27 Musa dedi, "Mən, Hesab Gününə iman etməyən hər azğından Rəbbimə və sizin Rəbbinizə sığındım," dedi.