Əhzab - 33:41 Ey iman edənlər, Allahı daha çox xatırlayın!
İman edənlər, Allahı sürəkli xatırlayarlar:
Əhzab/33:35 Müsəlman kişilər və müsəlman qadınlar, iman edən kişilər və iman edən qadınlar, söz dinləyən kişilər və söz dinləyən qadınlar, doğru sözlü kişilər və doğru sözlü qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətli kişilər və hörmətli qadınlar, yardımsevər kişilər və yardımsevər qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətli kişilər və iffətli qadınlar, Allahı çox xatırlayan kişilər və çox xatırlayan qadınlar; Məhz Allah onların hamısına bağışlanma və böyük bir mükafat hazırlamışdır.

Ali İmran/3:41 "Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
Ali İmran/3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"

Əraf/7:205 Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.

Hicr/15:98 Rəbbini ucaldıb şövqlə xatırla və yerlərə qapan.

Ta ha/20:130 Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.

Əhzab/33:21 Allahı və Axirət gününü arzulayan və Allahı daha çox xatırlayanlarınız üçün Allahın elçisində gözəl bir örnək vardır.

Muzzəmmil/73:4 Yaxud yarısından bir az sonra... Quranı da diqqətlə düşünə-düşünə oxu.
Muzzəmmil/73:6 Şübhəsiz gecə təfəkkür etmək daha çox təsirli və ifadə baxımından daha uyğundur.
Muzzəmmil/73:7 Səni gündüz vaxtı məşğul edəcək xeyli işlərin vardır.
Muzzəmmil/73:8 Rəbbinin ismini xatırla və bütün könlünlə Ona yönəl.

İnsan/76:26 Gecə vaxtı Ona səcdə et və Onu uzun gecələrdə ucalt.