Əhzab - 33:50 Ey Peyğəmbər, Mehrlərini verdiyin zövcələrini və Allahın sənə bağışladığı əlinin altındakıları, səninlə birlikdə köç (hicrət) edən əminin qızlarını, bibilərinin qızlarını, dayının qızlarını və xalalarının  qızlarını sənə halal etmişik. Ayrıca, peyğəmbər istəyərsə, özünü iman edənlərə deyil, sadəcə peyğəmbərə mehrsiz olaraq hibə edən birisi ilə nikahlana bilər. Biz, zövcələri və əllərinin altında olanlar haqqında üzərlərinə yüklədiyimiz məsuliyyətləri bildirmişdik ki, çətin bir vəziyyətə düşməyəsən. Allah Bağışlayandır, Rəhmlidir.
Zövcələrə qarşı bildirilən öhdəliklər:
Nisa/4:34 Kişilər qadınları himayə edərlər. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişilər evin dolanışığından məsuldur. Müttəqi qadınlar, (Tanrının qanunana) boyun əyər və Allahın qorumasını əmr etdiyi (şərəf və iffətlərini) tək başlarına olsalar belə qoruyarlar. İffətlərindən narahat olduğunuz qadınlara öyüd verin, yataqlarınızı ayırın və nəhayət onları çıxardın. Sizə itaət edərlərsə, onlara qarşı (başqa) bir yol axtarmayın. Allah Ucadır, Böyükdür.
Nisa/4:129 Nə qədər istəsəniz də qadınlara eyni davrana bilməzsiniz. Elə isə birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qoymayın. Bu vəziyyəti düzəldib müttəqi olarsanız, Allah Bağışlayandır, Rəhmlidir.