Əhzab - 33:53
Ey iman edənlər, peyğəmbərin evinə, yeməyə dəvət edilmədən daxil olmayın. Elə bir dəvəti də gözləməyin. Dəvət edildiyiniz vaxt daxil ola bilərsiniz. Yeməyi yedikdən sonra ayrılıb dağılın. Hədislərə (sözlərə) dalmayın. Bu vəziyyət peyğəmbəri üzür (narahat edir); ancaq sizə bildirməkdən utanırdı. Allah gerçəyi bildirməkdən çəkinməz. Onun xanımlarından bir şey istədiyinizdə onu bir pərdə arxasından istəyin. Bu sizin qəlbiniz və onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın elçisini üzməməlisiniz və ondan sonra onun zövcələri ilə əsla evlənməməlisiniz, çünki bu, Allah qatında çox böyük bir günahdır.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.