Əhzab - 33:55 Ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar və (qadın) xidmətçiləri qarşısında (sərbəst bir şəkildə geyinmələrində) qadınlar üçün bir qəbahət yoxdur. Allaha hörmət etsinlər. Allah hər şeyə Şahiddir.
Qadınların örtükləri haqqında:
Əhzab/33:59 Ey Peyğəmbər, xanımlarına, qızlarına və iman edənlərin qadınlarına örtüklərini üzərlərinə salmalarını söylə. Bu, onların (müttəqi qadınlar olaraq) tanınıb, incidilməmələri üçün daha əlverişlidir. Allah Bağışlayandır, Rəhimdir.

Nur/24:31 İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.
Nur/24:60 Evlənmə gözləntisi olmayan yaşlı qadınların, cəlbedici yerlərini açığa qoymamaq şərti ilə üst geyimlərini buraxmalarında (soyunmalarında) bir məhzur yoxdur. İffətli davranmaları özləri üçün daha yaxşıdır. Allah Eşidəndir, Biləndir.

Əhzab/33:55 Ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar və (qadın) xidmətçiləri qarşısında (sərbəst bir şəkildə geyinmələrində) qadınlar üçün bir qəbahət yoxdur. Allaha hörmət etsinlər. Allah hər şeyə Şahiddir.