Əhzab - 33:56 Allah və mələkləri peyğəmbəri dəstəkləməkdədir. Ey iman edənlər siz də onu dəstəkləyin, lazım olan hörməti və itaəti göstərin.
Allah peyğəmbəri necə dəstəklədi?
Tovbə/9:40 Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.

Ənfal/8:9 Sizi qurtarması üçün Rəbbinizə yalvarırdınız və O da, "Mən sizi bir-birinin ardınca min mələklə dəstəkləyəcəyəm," deyə sizə qarşılıq vermişdi.
Ənfal/8:12 Rəbbin mələklərə (və dolayısilə möminlərə) vəhy etdi: "Sizinlə bərabərəm, iman edənləri dəstəkləyin. İnkar edənlərin ürəyinə qorxu salacağam. Vurun boyunlara, vurun onların hər barmağına."

Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.