Əhzab - 33:8 Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
Allaha verilən sözün əhəmiyyəti:
Əhzab/33:15 Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.

Nəhl/16:91 Anlaşma etdiyinizdə (müqvilə bağladığınızda) Allahın əhdini yerinə yetirin. Möhkəm içdiyiniz andları pozmayın. Allahı özünüzə kəfil etmişdiniz. Allah etdiklərinizi bilir.

Yusuf/12:66 "Hamınız mühasirəyə alınıb əngəllənmədikcə, onu mənə gətirəcəyinizə dair Allah adına sağlam bir söz verməsəniz, onu sizinlə bərabər gödərmərəm." Onlar ona söz verincə, "Söylədiklərimizə Allah şahiddir," dedi.

İsra/17:34 Yetimlərin malına, yetkinlik çağına çatana qədər toxunmayın; faydaları üçün olarsa başqa. Və verdiyiniz sözləri yerinə yetirin. Çünki verdiyiniz sözdən sorğu-sual olunacaqsınız.

Ali İmran/3:77 Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Ali İmran/3:187 Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!

Nisa/4:154 Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Nisa/4:155 Sözlərini pozmalarından, Allahın ayə və dəlillərini inkar etmələrindən, peyğəmbərləri haqsız yerə öldürmələrindən və “Sabit fikirliyik!”– demələrindən ötrü, bəli inkarlarından ötrü Allah onların anlayışlarını möhürlədi. Bunun üçün çox az hissəsi iman edir.

Maidə/5:14 “Biz Xristianıq!”– deyənlərdən də söz almışdıq. Ancaq onlar da xəbərdar edildikləri şeylərin bir qismini unutdu. Buna görə də dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Etdikləri hər şeyi Allah onlara bildirəcək.

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Əraf/7:169 Onların yerinə, Kitaba mirasçı olan başqa nəsillər keçdi. Ancaq, "Necə olsa bağışlanacağıq," deyərək alçalmağı və keçici mənfəətləri seçdilər. Onlara, oxşar keçici mənfəətlər gəlsə, yenə seçərlər. Onlardan, kitaba bağlı qalacaqlarına və Allah haqqında ancaq gerçəyi söyləyəcəklərinə dair söz alınmamışdımı? Onu oxuyub öyrənmədilərmi? Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Anlamırsınız?

Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Tovbə/9:77 Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.

Rad/13:25 Allaha verdikləri sözdən sonra sözləşməni pozanlar, Allahın birləşdirməyi əmr etdiyini birləşdirməyənlər və yer üzündə fəsad törədənlər, lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.

Ta ha/20:85 (Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.
Ta ha/20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
Əhzab/33:24 Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.

Ya sin/36:60 Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:62 Buna rəğmən o, sizdən bir çox nəsilləri azdırdı. Heç ağlınızı işlətmirdiniz?
Ya sin/36:64 İnkar etməyinizin bir nəticəsi olaraq orada yanın.

Fəth/48:10 Sənə bağlılıq sözü verənlər (beyət edənlər), Allaha bağlılıq sözü vermişdirlər. Allahın əli onların əlləri üzərindədir. Kim sözünü pozarsa, öz əleyhinə pozmuş olar. Allaha verdiyi sözü yerinə gətirənə isə böyük bir mükafat verəcəyik.

Ali İmran/3:81 Allah peyğəmbərlərdən (nəbilərdən) bu cür söz almışdı: “Sizə Kitab və hikmət verəcəyəm, daha sonra yanınızdakıları təsdiqləyən bir elçi (rəsul) gəldiyi vaxt ona iman edəcək və onu dəstəkləyəcəksiniz. Bunu qəbul etdinizmi və bu sözləşməni yerinə yetirəcəyinizə dair söz verdinizmi?" - demişdi. Onlar "Qəbul etdik," - deyincə, "Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam," - demişdi.

Əhzab/33:7 Nəbilərdən (peyğəmbərlərdən) misaq (söz) almışdıq. Səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan... Onlardan çox sağlam bir söz almışdıq.
Əhzab/33:8 Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.