Səba - 34:18
Onlarla bərəkətli etdiyimiz bölgələr arasına vahələr yerləşdirdik və oranı yolçuluğa əlverişli etdik: "Gecələri və gündüzləri güvənlik içində orada gəzib dolaşın."
Öz-özünə zülm edən cəmiyyətlərə edilənlər:
Hud/11:96
Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
Hud/11:97
Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
Hud/11:98
Dirilmə günündə xalqının önündə gedib onları atəşə soxacaqdır. Girdikləri yer necə də pis bir məkandır!
Hud/11:99
Burada da, axirətdə də onları lənət təqib edəcəkdir. Aldıqları ərməğan necə də pis ərməğandır!
Hud/11:100
Sənə bu nəql etdiklərimiz, o məmləkətlərin xəbərlərindəndir. Onlardan bəzisi hələ də ayaqdadır, bəzisi də biçilmişdir (məhv edilmişdir).
Hud/11:101
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər. Rəbbin əmri gəldiyi zaman, Allahdan başqa yalvardıqları tanrıları onları heç bir şeydən qurtara bilmədi. Əslində, onların yalnızca ziyanlarını artırdı.
Hud/11:102
Bax Rəbbin, zülm etməkdə olan məmləkətləri yaxaladığı zaman bu cür yaxalayar. Onun yaxalaması ağrılı-acılıdır, çətindir.
Ənkəbut/29:36
Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
Ənkəbut/29:37
Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
Ənkəbut/29:38
Eyni şəkildə, Ad və Səmudu da... Aqibətləri, sakin olduqları yerlərdən sizə bəllidir. Şeytan işlərini onlara süslü göstərərək onları yoldan azdırdı. Halbuki görüb anlayacaq qabiliyyətə sahib idilər.
Ənkəbut/29:39
Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Ənkəbut/29:40
Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.