Səba - 34:28 Biz səni bütün insanlara bir müjdəçi və xəbərdar edici olaraq göndərdik. Ancaq insanların çoxu bilməz.
Muhəmməd peyğəmbər iman etmirlər deyə özünü həlak edərcəsinə məsuliyyətli tutdu. Rəbbimiz görəvinin sadəcə vəhyi bildirmək olduğunu, iman etməyənlərdən məsuliyyətli olmadığını bildirərək elçisini rahatlaşdırdı:
Şuəra/26:3 İman etmirlər deyə özünə zərər yetirə bilərsən (ehtiyatlı ol).

Kəhf/18:6 Bu sözə iman etməzlərsə, onların ardından özünü məsuliyyətli tutaraq günahlandıracaqsan, üzüləcəksən (eləmi)?

Fatir/35:8 Pis işi, özünə süslənib və onu gözəl görən kimsəyə nə deyirsən? Allah istəyəni azdırır və istəyəni yola yönəldir. Elə isə onlar üçün özünü üzmə. Allah onların etdiklərini yaxşı Bilir.

Hicr/15:88 Onlardan bəzilərinə verdiklərimizi qısqanma və onlardan (inkar edənlərdən) ötrü də üzülmə. İman edənləri də qanadlarının altına al.

Ənam/6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!

Furqan/25:56 Biz səni bir müjdələyici və xəbərdarlıq etməkdən başqa bir görəvlə göndərmədik.

Nəhl/16:82 Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.

Qaf/50:45 Biz onların nə danışdığını yaxşı bilirik. Sən onların üzərində zor tətbiq edən deyilsən. Xəbərdarlıqlarımdan qorxanlara sən bu Quran ilə öyüd ver.

Zəriyət/51:52 Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.
Zəriyət/51:53 Bunu (belə söyləməyi) bir-birlərinə öyüd-nəsihətmi elədilər? Doğrusu, onlar həddi aşan bir topluluqdur.
Zəriyət/51:54 Onlardan üz çevir; Sən (buna görə) qınanmayacaqsan.
Zəriyət/51:55 Xatırlat, çünki xatırlatmaq iman edənlərə fayda verər.

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.

Bəqərə/2:119 Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.

Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.