Səba - 34:38
Ayələrimizi təsirsiz etmək üçün çalışanlar, onlar əzabda qalacaqlar.
Cəhənnəm əzabında qalmaq:
Zuxruf/43:74
Günahkarlar, cəhənnəm əzabında əbədi qalacaqlar.
Zuxruf/43:75
Onlardan yüngülləşdirilməz və onlar orada naümiddirlər.
Zuxruf/43:76
Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
Ta ha/20:74
Kim Rəbbinin hüzuruna suçlu olaraq gələrsə, cəhənnəmə layiq olar; orada nə ölər, nə də yaşayar.
Furqan/25:13
Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
Furqan/25:14
Bu gün bir ölüm deyil, çoxlu ölüm çağırın.
İbrahim/14:17
Onu udmağa çalışar, amma boğazından keçirə bilməz. Ölüm ona hər yandan gələr, amma ölə bilməyəcək. Ardından da çətin bir əzab gələcəkdir.
Hud/11:106
Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107
Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.