Səba - 34:42 O gün bir-birinizə fayda və zərər verə bilməzsiniz. Zalımlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyərik.
Dirilmə günü inkar edənlər bir-birinə fayda, zərər verə bilməz.
Saffat/37:22 Zalımları toplayın. Həmtaylarını və,
Saffat/37:23 Allahdan başqa qulluq/xidmət etdiklərini... Onlara cəhənnəmin yolunu göstərin.

Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.

Kəhf/18:52 "Ortaqlarım olduğunu iddia etdiyiniz şəxsləri çağırın," deyə əmr etdiyi gün, onları çağırarlar, onlar da onlara qarşılıq verməzlər. Onların arasına bir öfkə və nifrət uçurumu qoymuşuq.

Furqan/25:17 Onları və onların Allahdan başqa qulluq/xidmət etdiklərini topladığı gün, "Bu qullarımı sizmi azdırdınız, yoxsa onlarmı yolu azdılar?" deyər.
Furqan/25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
Furqan/25:19 Onlar sizin bu söylədiklərinizi yalanlayırlar. Siz nə verilən qərarı dəyişdirə bilər, nə də yardım edə bilərsiniz. Hətta sizdən zülm edən olarsa, ona da böyük bir əzab daddırarıq.

Şuəra/26:92 Onlara belə deyilər, "Hanı qulluq/xidmət etdikləriniz, haradadır -"
Şuəra/26:93 "- O Allahdan başqa? Sizə indi yardım edə bilirlərmi? Özlərinə belə yardımları toxuna bilirmi?"

Loğman/31:33 Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.

Ğafir/40:47 Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Ğafir/40:48 Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.

Mulk/67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.