Səba - 34:54 Axırda, arzuladıqları şeylərdən məhrum buraxılarlar. Özlərindən öncəki bənzərlərinə də eyni şey edilmişdi. Onlar dərin bir şübhə içində idilər.
Axırda, arzuladıqları şeylərdən məhrum buraxılarlar: Məqsəd nədir?
Məaric/70:36 Yaxşı indi inkar edənlərə nə olur ki, sənin önündə qaçışırlar?
Məaric/70:38 Hər biri, nemət cənnətinə daxil ediləcəyinimi ümid edir?

Qamər/54:43 Sizin inkar edənləriniz onlarınkındən daha yaxşıdırmı? Yoxsa Kitablarda özünüz üçün bir əfv elanınamı rast gəldiniz?
Qamər/54:44 Yoxsa, "Biz, zəfərə nail olacaq bir camaatıq" deyirlər?
Qamər/54:45 O camaat məğlubiyyətə uğradılacaq; dönüb qaçacaqlar.

Səba/34:54 Axırda, arzuladıqları şeylərdən məhrum buraxılarlar. Özlərindən öncəki bənzərlərinə də eyni şey edilmişdi. Onlar dərin bir şübhə içində idilər.

Əraf/7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.

Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.