Fatir - 35:1 Göyləri və yeri Yaradan; mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha təriflər olsun! Yaratmada istədiyini artırır. Allah hər şeyə Gücü Yetəndir.
Allahın Yaratmada artırmasına örnək:
İsra/17:70 Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.

Bəqərə/2:247 Peyğəmbərləri onlara, “Allah sizə kral olaraq Talutu təyin etdi,” - dedi. Onlar, “Biz hökmranlığa ondan daha layiq olduğumuz halda necə olur ki, üzərimizdə əmr sahibi olur? Üstəlik zəngin biri də deyil," - dedilər. O da, "Allah onu üzərinizə seçdi. Onun bilgi və bədən gücünü artırdı," dedi. Allah mülkünü istədiyinə verir. Allah Comərddir, Biləndir.

Əraf/7:65 Ad xalqına da qardaşları Hudu göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Əraf/7:69 "Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."

Rum/30:9 Yer üzündə dolaşıb özlərindən öncəkilərin sonunun necə olduğuna baxmırlarmı? Onlardan daha güclü idilər, torpağı işlədilər və onlardan daha çox məhsul əldə etdilər. Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Onlara zülm edən Allah deyildi; Onlar özləri özlərinə zülm edirdilər.