Fatir - 35:1 Göyləri və yeri Yaradan; mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha təriflər olsun! Yaratmada istədiyini artırır. Allah hər şeyə Gücü Yetəndir.
Mələkləri elçilər edən:
Nəhl/16:2 Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."

Ğafir/40:15 Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.

Məaric/70:4 Mələklər və Ruh (vəhy/komandalar/Cəbrail), əlli min ilə bərabər bir gün içində Ona yüksəlir.

Qədr/97:4 Mələklər və Ruh (Cəbrail) o gecə Rəblərinin izni ilə bütün əmrləri yerinə yetirmək üçün enərlər.

Şura/42:51 Allah bir insanla ancaq vəhy yolu ilə və ya bir pərdə arxasından əlaqə qurar, yaxud bir elçi göndərib izni ilə istədiyini vəhy edər. O, Ucadır, Hikmət Sahibidir.

Həcc/22:75 Allah mələklərdən və insanlardan elçilər seçər. Əlbəttə, Allah Eşidəndir, Görəndir.